Su təchizatı nə vaxt bərpa olunacaq? - RƏSMİ + YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Su təchizatı nə vaxt bərpa olunacaq? - RƏSMİ + YENİLƏNİB

Artıq Ceyranbatan tam gücü ilə işləyir, Kür su təmizləyici qurğularının isə 80 faizi bərpa olunub.

Bu barədə “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Oğuz-Qəbələ isə yaxın saatlarda qoşulacaq:

“Hazırda şəhərin bir çox ünvanında hidravlik rejim bərpa olunduqca su verilişi bərpa olunacaq. Günün sonuna kimi əhalinin su təchizatında stabillik yaradacağıq”.

* * * * *

Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb.


Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllı bildirib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək:

“Oğuz-Qəbələ-Bakı su kəməri də nasoslarla işləyən subarteziyan quyularla qidalandığı üçün, onun da fəaliyyətində fasilə yaranıb. Həmçinin şəhərdaxili nasoslar və anbarların da fəaliyyəti dayandırılmışdı.

İndi Ceyranbatanda tam rejimi bərpa etmişik. Kürdə yığım prosesini bərpa etmişik və tam rejimə keçmək üzrəyik. Oğuz-Qəbələ-Bakını da bu saatlarda qoşmağı planlaşdırırıq. Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır.

Hidravlik rejimin pozulmaması, sistemdə hava qalmaması və xəttin dağılmaması üçün xəttə su mərhələli şəkildə verilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 919 03.07.18 11:45