Narkofermer və heroin alverçisi ələ keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:35 Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub  |     13:34 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır  |     13:29 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO  |     13:28 “Telegram”da tezliklə 16 yeni funksiya olacaq  |    

Narkofermer və heroin alverçisi ələ keçdi

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxslərin aşkar edilərək saxlanılması məqsədilə uğurlu əməliyyatlar həyata keçirib.

Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi xəbərə əsasən, Astara RPŞ-nin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndi ərazisində narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb.

Şahağacı kənd sakini Xosrov Rüstəmovun icarəyə götürdüyü torpaq sahəsinə baxış keçirilən zaman qulluq göstərərək becərdiyi 40-180 santimetr hündürlükdə, 52 ədəd təmiz çəkiləri 10 kiloqram 250 qram olan və becərilməsi qanunla qadağan edilmiş, tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülüb. Elə həmin gün Astara polisinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Astara sakini saxlanlıb.

Belə ki, Astara şəhər sakini Fariz Məmmədov 5 büküm narkotik vasitə olan heroini şərti alıcıya satarkən saxlanılıb. F.Məmmədovun yaşadığı evə baxış keçirilərlən orada da narkotik vasitə aşkarlanıb. Ümumilikdə 7 büküm heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 162 02.07.18 16:47