Parada görə narazılıq edən qadın sürücüyə yol polisindən mükəmməl cavab (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Parada görə narazılıq edən qadın sürücüyə yol polisindən mükəmməl cavab (VİDEO)

Sosial şəbəkələrdə bir müddət əvvəl "Unibank"da ayaqyolu olmamasından şikayət edərək video yayımlayan xanım yenidən gündəmə gəlib.

Median.Az
Avtosfer.az-a istindən xəbər verir ki, bu dəfə xanım yol polisini ittiham edən video yayımlayıb. Görüntülərdə Bakıda keçiriləcək hərbi paradla əlaqədar olaraq bəzi küçələr bağlanıb. Xanım isə ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı Vüsal Qurbanov ilə mübahisə edir. Xanım kobud şəkildə yol polisinə "yolu bağlamısan evimə gedə bilmirəm" deyir. YPX əməkdaşı isə ona sakit və mədəni şəkildə izah edir ki, yollar parada görə bağlıdır. Bir neçə gün belə olacaq. Hətta yol polisinin "əsgərlərimiz üçün bağlanıb, onlar səngərdə erməni ilə üzbəüz bizə xidmət edirlər" sözlərinə xanım "onlar mənə neyniyir ki?" deyərək cavab verib. Sonda YPX əməkdaşı xanıma piyada getməyi tövsiyə edib.

Qeyd edək ki, rəsmi dövlət tədbirləri ilə əlaqədar olaraq bəzi küçələrin bağlanacağı barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. Lakin təəsüflər olsun ki, bəzi vətəndaşlar "öz rahatlıqları üçün" narazılıq edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            94 815 25.06.18 18:57