Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq - RƏSMİ

Bakının mərkəzində yaşayan sakinlər üçün maraqlı qadağalar tətbiq edilir.

Median.Az
xəbər verir ki, şəhərin mərkəzində binalarda yaşayan sakinlərə eyvan və pəncərələrdə zivələrə paltar asmağa icazə verilmir. Bu barədə paytaxt sakinləri Baku.ws-in “qaynar xətti”nə bildiriblər. Şikayətlər əsasən paytaxtın Yasamal, Səbail, Nərimanov, Nizami rayonları ərazisində yaşayan vətəndaşlardan bildiriblər.

Vurğulanıb ki, polislər məhəllələri gəzərək, zivələrə paltar asan vətəndaşlara xəbərdarlıq edib. Bildiriblər ki, yol kənarlarına baxan eyvanlardan zivələrə paltar asmaq qadağandır.

Güc strukturlarından bildirilib ki, bu barədə onlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi göstəriş verilib. Göstərişə görə, şəhərin mərkəzində binalarda zivələrə paltar asmaq olmaz.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı Meriyasının aparat rəhbəri Rasim Quliyev Baku.ws-ə eksklüziv verdiyi açıqlamada qurumdan belə bir tapşırığın verildiyini təsdiqlədi. Onun sözlərinə görə, bu tapşırıq şəhərin gözəlliyinə xələl gətirməmək üçün verilib.

“Şəhərimizə çoxsaylı tursitlər gəlir. Bakının görünüşünü korlamaq olmaz. Yaşayış binalarında paltar asırlar. Yəqin razılaşarsız ki, küçənin ortasında eybəcər borulardan sallanan və üzərinə alt paltarından tutmuş müxtəlif geyimlərin asıldığı zivələr pis görünür. Bu vəziyyət estetik cəhətdən xoş görünmür və məqsədəuyğun deyil”, - deyə Rasim Quliyev bildirib.

Qeyd edək ki, Bakı meriyasının tapşırığına əməl etməyən sakinlər cəzalandırıla bilər. Hələlik cərimənin məbləği dəqiqləşdirilməyib. Lakin polisin tapşırığına əməl etməyib, tabesizlik edən vətəndaşlar barədə hüquq çərçivəsində tədbirlər görüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 348 25.06.18 16:21