Bakıda DƏHŞƏT — Sosial şəbəkədə tanış olduğu qadının intim şəkillərini yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda DƏHŞƏT — Sosial şəbəkədə tanış olduğu qadının intim şəkillərini yaydı

Qadının intim şəkillərini yayan şəxs kimdir?Yasamal Rayon Məhkəməsində qadını şantaj edərək pul tələb edən şəxsin məhkəməsi başlayıb.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 182.1 maddəsi ilə təqsirləndirilən Bəşirov Elman Şahin oğlunun məhkəmə prosesinə hakim Ramin Qurbanov sədrlik edir. Cinayət işində zərərçəkmiş qismində Sultanova Rəna Rahib qızı tanınıb.

Əvvəl sosial şəbəkədə tanış olub sonra isə şantaj edərək pul tələb edib.

İttiham aktına görə, Bakı şəhər sakini, 42 yaşlı Sultanova Rəna Rahib qızı sosial şəbəkələrin birində Elman adlı şəxslə tanış olub.

Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra onlar sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.

Bundan sonra Elman Bəşirov Rəna Sultanovanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib.

R.Sultanova ilə bağlı məlumatlar əldə edən Elman onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə onunla olan görüntülü danışığının videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib.

Bu hədələrlə o, Rəna Sultanovadan iki dəfəyə 100 manat alıb.

Sonuncu dəfə Elman Rəna Sultanovadan 500 manat verməsini tələb edib.

Qadın şantaj olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 41 yaşlı qadını şantaj edən Elman Bəşirov həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 455 23.06.18 17:33