Bakıda London taksisi piyadanı vurub » Median.Az News Agency

Bakıda London taksisi piyadanı vurub
Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az
“Report”a istinadən xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

Heydər Əliyev prospektini piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlunu London taksisini idarə edən Səfərov Şirməmməd Nəzir oğlu vurub.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü piyadanın vəziyyətinin ağır olduğunu görərək, ətrafdakıların köməkliyi ilə onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. O, inzibati məsuliyyətə cəlb olunub.

Avtomobil cərimə meydançasına yerləşdirilib.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




326 23.06.18 15:15