O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın? - RƏY » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın? - RƏY

Mən bir millət vəkili bəzi media orqanlarında və sosial şəbəkələrdə açılan müzakirələrdən narahatam. Yəni, insanların geyim, yaşam tərzi ilə bağlı aparılan müzakirələri, səslənən ittihamları, aşağılamaları heç cür doğru bilmirəm və qəbul etmirəm. İnsanların şəxsi həyatına qarışmaq yolverilməz və qəbuledilməz bir haldır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib.

“Kimsə şortik geyindi, kimsə gödək geyindi və sair, bunun kimə nə dəxli var? Kimsə kimdənsə buna görə icazəmi, “lisenziyamı” almalıdır? Hər kəs bu məsələdə azaddır”-deyən millət vəkili bununla yanaşı, Azərbaycan xalqının öz adət-ənənələrinin, milli dəyərlərinin olduğunu və bunların da diqqətə alınmasının vacibliyini sözlərinə əlavə edib.




“Biz bu məqamları da unutmamalıyıq, hər zaman geymimizə, davranışlarımıza ciddi diqqət yetirməliyik. Başqalarını ittiham etmək, aşağılamaq yerinə, özümüz nümunə olmalıyıq.

Bəzən belə ifadələr, “təkliflər” səslənir ki, bəlkə bizdə də bəzi ölkələrdə olduğu kimi, əxlaq polisi yaradılsın. Bu, çox yanlış və çox zərərli bir düşüncədir. Biz məgər o günəmi qalmışıq ki, başımızın üstündə bir əxlaq polisi dayansın? Onda biz kim, nə olarıq? Bizim dəyərlərimiz, əxlaq tərzimiz nə olar? Bununla bütün dəyərlərimizin üstündən bir andaca xətt çəkmiş olmarıqmı? Hesab edirəm ki, belə bir məsələ ola bilməz. Biz özümüz özümüzü tənzimləməli, özümüz özümüzə qiymət verməyi bacarmalıyıq. Başqa bir düşüncə ola bilməz”-deyə, yazıçı sözlərinə əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 693 23.06.18 14:40