"Bravo" marketdə döyülən şəxs rəhbər işçidir - Əlbəyaxa davanın TƏFƏRRÜATLARI » Median.Az News Agency

"Bravo" marketdə döyülən şəxs rəhbər işçidir - Əlbəyaxa davanın TƏFƏRRÜATLARI
Bu gün “Report” xəbər agentliyi Nəsimi rayonunda marketdə satıcının döyülməsi barədə xəbər yaymışdı.

“Report”un xəbərinə görə, “Bravo” marketlər şəbəkəsinin “Bülbül Ekspres” filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən jurnalist Həbibə Abdulla isə qeyd edib ki, döyülən şəxs satıcı yox, rəhbər işçi olub:

"Əvvəla, döyülən mənim bacım oğludur. İkincisi satıcı deyil, orda rəhbər işdə çalışır. Üçüncüsü, o firma əməkdaşı ilə heç bir mübahisə etməyib, firma işçisi istehsal tarixi olmayan mal gətirib və o da vəzifəsinin tələbinə uyğun olaraq qəbul etməyib. Firmanın işçisi dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib. Gecə saat 3-ə qədər biz xəstəxanalarda qalmışıq".скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 517 22.06.18 17:24