“Azpetrol”dan Whatsapp-dakı 1000 litrlik benzin kampaniyası ilə bağlı RƏSMİ AÇIQLAMA (FOTO) » Median.Az News Agency

“Azpetrol”dan Whatsapp-dakı 1000 litrlik benzin kampaniyası ilə bağlı RƏSMİ AÇIQLAMA (FOTO)
Whatsapp-da “Azpetrol” şirkətinin 29 illik yubileyi münasibəti ilə kampaniya təşkil etdiyi barədə məlumat yayılıb. 

Mesaj platformasında yayılan SMS-də link göstərilir və suallara cavab verənlərə 1000 litrlik benzin hədiyyə olunduğu qeyd edilir. 

Məsələ ilə “Azpetrol” şirkəti rəsmi müraciət ünvanlayıb:

"Dünən http://atbmarket-ua.info/ saytında bir neçə şirkətlə bərabər, “Azpetrol” şirkətinin 20 illik yubileyi münasibətilə alıcılara 1000 litr Aİ-95 markalı benzin hədiyyə ediləcəyi barədə reklam xarakterli yazı dərc edilib. “Azpetrol” şirkəti olaraq nəzərinizə çatdırırıq ki, bu bir SPAM-dır və həqiqəti əks etdirmir. “Azpetrol” heç bir sayta, heç bir sosial şəbəkəyə belə bir məlumat verməyib. Onu da bildiririk ki, “Azpetrol” şirkətinin 20 illik yubileyi 2017-ci ildə qeyd olunub!"//baku.ws



скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 653 22.06.18 17:05