Pambıq tarlasında zəhərlənmə olmayıb - AÇIQLAMA » Median.Az News Agency

Pambıq tarlasında zəhərlənmə olmayıb - AÇIQLAMA
Bərdədə pambıq tarlasında zəhərlənmə olmayıb.

Bunu oxu.az-a açıqlamasında Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva deyib.

“İnsanlar arasında lazımsız panika yaranıb. Ancaq heç bir zəhərlənmə olmayıb. Sadəcə, üç nəfər günvurma ilə bağlı müraciət edib. Digər işçilər də bundan narahat olub, yoxlanışa gəliblər”.

Baş həkimin sözlərinə görə, zəhərlənmənin öz əlamətləri olur.

“Xəstəxanaya gətirilən insanlarda baş gicəllənməsi olub. Bu da zəhərlənmənin yox, günvurmanın əlamətidir. Hər yazılan, danışılan sözdən panikaya düşmək lazım deyil”,- deyə həkim qeyd edib.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




422 22.06.18 12:26