“Heç vaxt əsgər ölümlərini gizlətmirik” – Müdafiə nazirindən KİV-ə çağırış » Median.Az News Agency

“Heç vaxt əsgər ölümlərini gizlətmirik” – Müdafiə nazirindən KİV-ə çağırış
“Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub”.

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb: “Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz”.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




234 21.06.18 14:18