Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub » Median.Az News Agency

Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub
Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

“Report” xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




510 20.06.18 11:24