Tanınmış QHT rəhbəri həbs olundu - Məhkəməyə əli qandallı gətirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |    

Tanınmış QHT rəhbəri həbs olundu - Məhkəməyə əli qandallı gətirildi

Korrupsiyaya qarşı Mübarizə Fondunun təsisçisi Vasif Mövsümov həbs olunub. O, Səbail rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Həmin məhkəmədə Vasif Mövsümov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi üzrə məhkəmə prosesi gedirdi.

Bundan başqa hazırda Binəqədi rayon məhkəməsində V.Mövsümovun məhkəmə prosesi gedir. Cinayət işində Mustafayev Səxavət Nurəhməd oğlu, İbrahimova Sədaqət Ədil qızı və Həsənova M.K. qızı zərərçəkmiş qismində tanınıb. V. Mövsümov həmin məhkəməyə də əlləri qandallı gətirilib.

Xatırladaq ki, Vasif Mövsümov barəsində Bakının bir neçə rayon məhkəməsində məhkəmə prosesi gedir. Belə ki, Nəsimi Rayon Məhkəməsində də analoji cinayət faktı ilə bağlı məhkəmə prosesi olub və cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, Mövsümov Vasif Seyidəli oğlu 2010-cu ildə Salyan seçki dairəsindən bitərəf kimi deputatlığa namizəd olub. Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib və Vasif Mövsümov bu fondun icraçı direktoru olub. 2015-ci ildən isə Fondun təsisçisidir.(Criminal.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 927 18.06.18 16:59