Jurnalisti avtomobillə vuraraq öldürən sürücüyə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Jurnalisti avtomobillə vuraraq öldürən sürücüyə hökm oxundu

Rusiyanın Həştərxan şəhərində azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) avtomobillə vuraraq öldürən sürücü Rüstəm Jaksakovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
xəbər verir ki, bunu “Report”a açıqlamasında Ü.Şamilqızının hüquqi varisinin vəkili Fərid Həsənov deyib.

Vəkil bildirib ki, Həştərxan vilayətinin Turusov Rayon Məhkəməsi iş üzrə hökmü elan edib. Hökmə əsasən, R.Jaksakov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin 3 il sürücülük hüququndan məhrum edilməsi barədə də qərar çıxarıb.

Qeyd edək ki, bu il yanvarın 24-də Rusiyanın Həştərxan şəhərində azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan jurnalist hadisə yerində ölüb. Aparılan tibbi ekspertizanın yekun rəyinə əsasən, Ü.Şamilqızı hadisə baş verəndən 30 dəqiqə sonra keçinib.

Rəydə qeyd olunub ki, Ü.Şamilqızının aldığı bədən xəsarətləri və travmalar ilə sağ qalmaq ümidi olub: “Təcili Tibbi Yardım maşını hadisə baş verən əraziyə gec gəlib. Huşsuz halda üzüyuxarı vəziyyətdə uzanan Ülviyyə Məmmədovanın boğazına qan yığılıb və o, öz qanında boğularaq ölüb”.

Ekspertizanın rəyində həmçinin qeyd olunub ki, hadisə Rusiya Federasiyası vaxtı ilə 18:20-də baş verib: “Hadisədən sonra qəzanı törədən sürücüyə məxsus mobil nömrədən saat 18:24-də Təcili Tibbi Yardım Stansiyasına (TTYS) zəng olunub. Bir qədər sonra – 18:36-da TTYS-dan qəzanı törədən şəxsin mobil nömrəsinə zəng olunub və tibbi yardım maşınını idarə edən sürücünün qəza baş verən ərazini tapa bilməməsi deyilib. Qəzanı törədən sürücü yenidən saat 18:40-da TTYS-ə zəng edib və Təcili Tibbi Yardım maşınının niyə gəlmədiyini soruşub. Təcili tibbi yardım maşını hadisə yerinə saat 19:00 radələrində – Ülviyyə Məmmədova dünyasını dəyişəndən sonra gəlib çatıb” – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydə bildirilib.

Mərhum Gəncə şəhərində torpağa tapşırılıb.

Xatırladaq ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ü.Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 337 15.06.18 15:57