Türkiyədə azərbaycanlı qadın öldürüldü » Median.Az News Agency

Türkiyədə azərbaycanlı qadın öldürüldü
Türkiyənin İğdır bölgəsinin Şıraci kəndində 35 yaşlı Taner Parlar azərbaycanlı həyat yoldaşı Hicran Hüseynovanı qətlə yetirib.

Median.Az bununla bağlı Haberler.com-a istinadla məlumat yayıb.

Məlumatlara əsasən, Parlarla Hüseynova arasında baş verən mübahisə zamanı kişi silahdan qadının başına atəş açıb. Hadisədən sonra o, böyük qardaşına zəng edib və əməlini etiraf edib. Bundan sonra Parlar intihar edib.

Hər iki şəxsin cəsədi ekspertiza üçün morqa aparılıb.

Qeyd edilib ki, cütlüyün iki övladı olub. Faktla bağlı İğdır polisində araşdırmalara başlanılıb.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 171 14.06.18 17:38