AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı

Azərbaycanda 200 manatlıq əskinaslara çəkilən xərc 100 manatlıq əskinaslara çəkilən xərclə eynidir. Ümumiyyətlə, əskinaslara çəkilən xərclər daima azalır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“200 manalıq əskinasların buraxılması dövlət xərcərinin azaldılmasına, döviyyənin azaldılmasına da təsir edir. Bu əskinaslar artıq dövriyyədədir. İstənilən bank istənilən həcmdə sifariş yerləşdirib təhvil ala bilər. Lakin bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi - 0,2%, digər əskinaslar üçün 0,1% müəyyən edilib.

Banklar istəsələr, daha aşağı tariflə 50-100 manatlıq əskinaslar götürə bilərlər", - deyə o, qeyd edib.

Sədrin sözlərinə görə, hazırda əsas məqsəd dövriyyədə nağd pulun xüsusi çəkisinin azaldılmasıdır.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, əgər hazırkı inflyasiya səviyyəsi qalarsa, ilin sonunda uçot dərəcəsinin 8% olması komfot zona hesab edilə bilər:

“Lakin son rübdə mövsümi amillərdən asılı olaraq, inflyasiya aktivləşməsi baş verir. Belə olan halda bu komfort zona bir qədər arta bilər. Yəni 8-10%-i komfort zona hesab olunur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 020 14.06.18 12:20