Sabahdan beş günlük tətil başlayır » Median.Az News Agency

Sabahdan beş günlük tətil başlayır
Sabah, iyunun 15-dən Ramazan bayramı və Milli Qurtuluş günü münasibətilə Azərbaycanda tətil başlayır.

İyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.

Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq.

Beləliklə, ölkədə ardıcıl - iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




620 14.06.18 11:29