Azərbaycanlı meri 6 il həbs cəzası gözləyir – VİDEO + YENİLƏNİB » Median.Az News Agency

Azərbaycanlı meri 6 il həbs cəzası gözləyir – VİDEO + YENİLƏNİB
Yerli sakinlər “insanlıqdankənar və alçaldıcı” formada davranan Gürcüstanın Marneuli şəhərinin meri Temur Abazovu 6 ilə qədər həbs cəzası gözləyir.

Median.Az
xəbər verir ki, bununla bağlı Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

* * * * *

Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb.

Median.Az
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək T. Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib.

Bir müddət sonra həmin adamın aşağılayıcı münasibətin qurbanı olması barədə videomaterial paylaşılıb.

Bu material yayıldıqdan sonra hüquq-mühafizə orqanları T.Abazovu saxlayıblar.

Videogörüntüdə T. Abazovun da olduğu iddia olunur.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




2 330 13.06.18 12:50