TANAP-ın açılışı: Azərbaycanın növbəti uğuru - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

TANAP-ın açılışı: Azərbaycanın növbəti uğuru - ŞƏRH

Azərbaycan rəqabətə girmədən müstəqil beynəlxalq oyunçu statusunu möhkəmləndirir.

Bu sözləri oxu.az-a açıqlamasında “Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənov deyib.

“Yaxın zamanlarda Azərbaycan qazı Türkiyəyə ixrac olunacaq, Bolqarıstanın qoşulmaq niyyətində olduğu Yunanıstandan İtaliyaya gedəcək qaz kəməri 2020-ci ildə istifadəyə veriləcək. TAP İtaliyanın sərfiyyatının 17 faizini təmin edəcək”, - o bildirib.

Analitikin fikrincə, Cənub Qaz Dəhlizinin gücü illik 16 milyard kub metr qiymətləndirilir, bunun 6 milyardı Türkiyəyə, 10 milyardı isə Avropaya ixrac olunacaq.

TANAP-ın “Qazprom” üçün təhlükə yaratmasına məsələsinə toxunan Həsənovun sözlərinə görə, müqayisəli statistika göstərir ki, TANAP Avropa bazarında “Qazprom”un rəqibi deyil. Üstəlik, Rusiya özü də Çinin hesabına qaz nəqlini şaxələndirir.

Qeyd edək ki, bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya aparacaq TANAP qaz boru kəmərinin açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, digər ölkələrin dövlət və hökumət rəhbərləri, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 802 12.06.18 12:32