Bakıda həbsxanada SİLAHLI İNSİDENT - YARALI VAR » Median.Az News Agency

Bakıda həbsxanada SİLAHLI İNSİDENT - YARALI VAR
Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "Əsgərlərdən birinin əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 125 10.06.18 23:02