Azərbaycanda qəzada yaralanan qadına qarşı iyrənc hərəkət » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |    

Azərbaycanda qəzada yaralanan qadına qarşı iyrənc hərəkət

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saat 5:00 radələrində Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

"KİA” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsiri nəticəsində irigövdəli ağac ortadan sınaraq avtomobilin üstünə aşıb.

Hadisə zamanı sərnişin, İsmayıllı sakini, 1973-cü il təvəllüdlü Rəsulova İradə Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadası çağırılıb. Həkimlər ora gələn zaman yüngül xəsarət almış orta yaşlı sürücünün avtomobildəki yaralı qadının əl çantasını götürərək yoldan keçən "Mersedes” markalı minik avtomobili ilə hadisə yerindən qaçdığını görüblər. İ. Rəsulova İsmayıllı rayonundan olan həmin kişini tanıdığını deyib. Sürücünün sərxoş olduğu bildirilir.

Xəsarət alan qadın Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşları sürücünün tapılması üçün tədbirlər görürlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 208 10.06.18 22:56