Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |    

Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA

Plastik bank kartları təkcə rahatlığı və etibarlılığı ilə seçilmir, eyni zamanda müxtəlif infeksiyalara yoluxma baxımından kağız və dəmir pullardan daha təhlükəsizdir. Rusiyalı alimlərə görə bir pul əskinazında olan patogen bakteriya və mikrobların sayı kiçik epidemiya yaratmağa belə kifayət edər.

Bu haqda “RİA Novosti” məlumat yayıb.

Rusiyanın N.F.Qamaley adına epidemiologiya və mikrobiologiya elmi tədqiqat mərkəzinin alimlərinə görə, Rusiya ərazisində ən natəmiz əskinaz əlli rublluq əskinazlardır.

Sözügedən əskinazda tuberkulyoz, sətəlcəm, meningit və digər xəstəliklərə səbəb ola bilən 34 patogen mikroorqanizm aşkarlanıb.

ABŞ-ın bir dollarlıq əskinazı isə dünyanın ən çirkli əskinazlarından sayılır. Nyu-York universitetindən olan tədqiqatçılar ən aşağı nominallı dollarda dörd yüz növ təhlükəli mikroorqanizm üzə çıxarıb.

Onların arasında irinli səpgi, vaginal yolun infeksiyası, ağız boşluğu infeksiyaları və digər xəstəliklərə səbəb olan bakteriya və viruslar yer alır.

Dünyanın ən natəmiz əskinası isə Braziliya realıdır. Sözügüdən kağız pulda üç mindən çox mikrob növü tapılıb./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 120 08.06.18 12:33