Bu şəxslər üçün vergi azaldılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |    

Bu şəxslər üçün vergi azaldılıb

2017-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyicilərinin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması əsasən üç mənbə hesabına baş verib.

Bu barədə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə verginin azalma faizləri qeyd edilib. Vurğulanıb ki, 2016-cı illə müqayisədə 2017-ci ildə daxilolmaların həcmi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə 38 mln. 984,9 min manat təşkil etməklə 23,4% (11 mln. 916,2 min manat), “Azərenerji” ASC üzrə 61 mln. 940,2 min manat təşkil etməklə 74,2% (178 mln. 511,7 min manat), "Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 46 mln. 819,3 min manat təşkil etməklə 30,2% (20 mln. 234,3 min manat) azalıb.

Qeyd edək ki, “Azərenerji” ASC-nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması 2015-ci illə müqayisədə 2016-cı ildə də müşahidə olunub. Belə ki, “Azərenerji”nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişləri 240 mln. 451,9 min manat təşkil etməklə 31% və ya 108 mln. 213,1 min manat azalıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 135 04.06.18 14:32