Bakıda Neft Emalı Zavodu yenidən qurulur: Planlar açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda Neft Emalı Zavodu yenidən qurulur: Planlar açıqlandı

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurması layihəsinin dəyəri təxminən 1,6-1,7 milyard dollardır.

Bu barədə SOCAR məlumat yayıb.

“Heydər Əliyev adına NEZ-in modernizasiya və yenidənqurması layihəsinə 2015-ci ildə başlanılıb. Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və indiyədək imzalanan 3 müqavilənin dəyəri təxminən 1,6-1,7 milyard dollardır. Layihə çərçivəsində NEZ-də neftin ilkin emal gücünün artırılması nəzərdə tutulur.

Hazırda zavodun emal gücü illik 6 milyon tondur və bu göstəricinin ildə 8 milyon tona çatdırılması hədəflənir.

İstehsal gücü ildə 2 milyon ton olan neftin ilkin emalı qurğusunun keçmiş “Azərneftyağ” zavodunun ərazisindən NEZ-ə köçürülməsi nəzərdə tutulur. Layihənin icrası tamamlandıqdan sonra NEZ-də hazırda ildə 1,2 milyon ton olan avtomobil benzinin istehsal gücü 2,2 milyon tona, dizel yanacağının həcmi ildə 1,9 milyon tondan 2,9 milyon tona, neft-kimya məhsullarının istehsal həcmi illik 112 min tondan 390 min tona, reaktiv yanacaq istehsalı ildə 600 min tondan 1 milyon tona, bitum istehsalı isə illik 200 min tondan 400 min tona çatdırılacaq.

Zavodda 14 yeni qurğunun tikintisi planlaşdırılır. Bu layihənin icrası ilə neft sənayesinin inkişafının təmin edilməsi, avtomobil yanacağının keyfiyyətinin “Avro-5” standartına çatdırılması və ölkədə yanacağa olan tələbatın tam ödənilməsi nəzərdə tutulur. Layihənin 2021-ci ildə tamamlanması planlaşdırılır”, - deyə SOCAR bildirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 174 04.06.18 13:36