Cənub rayonlarında torpaq sürüşməsi: yollar dağılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Cənub rayonlarında torpaq sürüşməsi: yollar dağılıb

Azərbaycanın bəzi yollarında yenidən yeni uçqun, töküntü və sürüşmə hadisələri qeydə alınıb.

Median.Az
“Trend”ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, Astara rayonunun Kijəbə sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb, çatların parametrləri böyüyüb. Astara rayonunun Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-lərində uçqun və sürüşmə sahələrində prosesin dinamikasında aktilik müşahidə edilib, yol boyu bir necə yerdə yeni lokal sürüşmə və oturma prossləri qeydə alınıb. Astara rayonun Motlayataq sürüşmə sahəsində çatların parametrləri böyüyüb.

Nazirlik rəsmisi qeyd edib ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-29 kilometrliyinin sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin diamikasında atmosfer yağıntılarının təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olnub. Avtomobil yolunun hərəkət hissəsində bir necə yerdə çatlar və çökmə-oturma prosesləri müşahidə edilib.

Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb, yol boyu bir necə yerdə yeni uçqun-töküntü hadisəsi baş verib. Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında nisbi aktivlik olub, bir necə yerdə lokal sahələrdə sürüşmə prosesləri qeydə alınıb.

Ə.Qaralov deyib ki, Lənkəran rayonunun Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yolboyu yamacda bir neçə yerdə yeni uçqun, sürüşmə sahəsi müşahidə edilib.

Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən kənd ərazisində olan sürüşmə sahələrində nisbi aktivlik olub və bir neçə lokal sahədə yeni sürüşmə və uçqun sahələri qeydə alınıb.

Ə.Qaralovun sözlərinə görə, Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə olub, yol boyu bir necə yerdə çökmə-oturma proseslərinin sayı çoxalıb.

Masallı rayonunun Züvand sürüşmə sahələrində, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26 kilometrliyində sürüşmə sahəsi aktivləşib, bu rayonun Güllütəpə sürüşmə sahəsində çatların parametrləri böyüyüb.

Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində aktivləşmə, Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyində mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım qeydə alınıb.

Ə.Qaralov əlavə edib ki, Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Siyəzən rayonu Sədan sürüşmə sahəsində aktivləşmə aktivlik olub. Xızı-Altıağac yolunun 1-ci km-ində mövcud sürüşmə sahəsində aktivlik olub, yeni uçqun-töküntü hadisəsi qeydə alınıb, bu yolun 11-15-ci kilometrliyində aktivlik müşahidə olunub, yolun hər iki çiynində sürüşmə, çökmə prosesləri qeydə alınıb.

Şabran rayonunun Bakı-Samur avtomobil yolunun 12-ci km-ində səthi yuyulma prosesinin təzahürləri müşahidə edilib. Quba-Xınalıq yolunun 37-46, Quba-Qonaqkəndf yolunun 37-40-cı km-ində aktivlik qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 425 02.06.18 14:15