"AzTV" sədrini öldürməyə cəhd edən şəxsin qızı məhkəmədə ifadə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

"AzTV" sədrini öldürməyə cəhd edən şəxsin qızı məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Ş. Əkbərovun vəkili Ruslan Həsənov vəsatətlə çıxış edərək, məhkəmə tərkibinə etiraz edib. O, vəsatətini məhkəmə kollegiyasının işə qərəzli yanaşması ilə əsaslandırıb.

Məhkəmə vəsatəti baxılmamış saxlanılıb.

Sonra Ş. Əkbərovun digər vəkili İmanqulu Həsənov vəsatət verib və məhkəmədən Şamaxıda yenidən hadisə yerinə və torpaq sahələrinə baxış keçirilməsini istəyib.

Məhkəmə verilən vəsatəti təmin etməyib.

Sonra təqsirləndirilən Aqşin Hüseynov ifadə verib. O deyib ki, Ş. Əkbərovun əvvəllər torpaq sahələri olmayıb və hamısı zərərçəkmiş Arif Alışanova məxsus olub: "Məni verdiyim ifadəyə görə şantaj edir".

Bu zaman Ş. Əkbərov A. Hüseynovun danışığına etiraz edib. Onlar arasında mübahisə düşüb.

Sonra A. Hüseynov vəkili Nüşabə Ağayevə hüquqlarını müdafiə etdiyi şəxsin Ş. Əkbərov və digərləri tərəfindən özü və ailəsi ilə təhdid olunduğunu bildirib.

Ş. Əkbərovun vəkili bildirib ki, təqsirləndirilən şəxs Aqşin Hüseynovun ifadəsi qərəzli olduğundan sübutlar siyahısından çıxarılmalıdır.

Hakim isə deyib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.

Təqsirləndirilən Aqşin Hüseynov isə heç kim tərəfindən öyrədilmədiyini, sərbəst ifadə verdiyini qeyd edib.

Sonra təqsirləndirilən Ş. Əkbərovun qızı Cəmilə Ağayeva ifadəsində deyib ki, A. Alışanovla atası dost olub: "Neçə illərdir, ailəvi, yaxın dost olublar. Bu iş lap başından saxtadır. Atam 22 il Şamaxıda işləyib. Deyirlər, atamın heç nəyi yoxdur. Bunlar yalandır. İstintaqda yazılıb ki, guya mən atamın adam öldürməyə cəhd etməsini bilmişəm. Halbuki, belə bir şey olmayıb. Mənə Xırdalanda evi və avtomobili atam almayıb. Bunların hamısını həyat yoldaşımla birlikdə işləyib qazanmışam".

Zərərçəkmiş Dəyanət Cəfərov şahid Cəmilə Ağayevaya sual verib. O deyib ki, Ş. Əkbərov həbs olunanda C. Ağayeva AZTV-yə məktub yazaraq atasının bağışlanmasını istəyib. O, şahiddən atasının nə üçün bağışlanmağını istəməsinin səbəbini soruşub.

C. Ağayeva isə atası həbs olunan vaxt hadisədən xəbərsiz olduğunu, nə baş verdiyini anlamadığı üçün atasının bağışlanmasını istədiyini vurğulayıb.

Proses iyunun 8-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 276 01.06.18 17:16