Gecəni kompüter arxasında keçirməyin zərəri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |    

Gecəni kompüter arxasında keçirməyin zərəri açıqlandı

Gecə saatlarında uzun müddət kompüter və mobil qurğulardan, o cümlədən smartfon və tabletlərdən istifadə ciddi yuxu pozuntusuna səbəb olur və orqanizmin gündəlik ritmlərini pozur

Harvard universitetindən olan tədqiqatçıların bu haqda elmi işinin nəticələri “Physiological Reports” jurnalında dərc olunub.

Tədqiqatda 22-28 yaşlar arasında qadın və kişilər iştirak edib.

Eksperimentdə iştirak edən könüllülər ardıcıl olaraq beş axşamı kompüter arxasında keçirib, digər beş axşamı isə qəzet, kitab və ya digər çap materialları oxuyub.

Nəticələrə əsasən, işıqsaçan qadjetlər (kompüter, smartfon, tablet və s.) yuxuya getmə tezliyinə mənfi təsir göstərib.

Könüllülər elektron cihazlar arxasında keçirdikləri axşamlarda yarım saat daha gec yuxuya getdiklərini bildirib.

Həmçinin onlar natamam yuxudan və səhərlər özlərini kifayət qədər gümrah hiss etməmələrindən şikayət edib.

Tədqiqatçılar onu da müəyyən edib ki, qadjetlərdən həddindən artıq istifadə yuxuya cavab verən melatonin hormonunun ifrazını zəiflədir. Qeyd edək ki, bu hormon epifizin ən əsas hormonudur. Gecə və gündüzün sirkat ritmini təyin edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 350 30.05.18 12:15