Bakı çimərliklərində yoxlamalar başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakı çimərliklərində yoxlamalar başladı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun yoxlanılması ilə bağlı monitorinqlərə başlayıb.

Bu barədə Lent.az-a mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Qurum rəsmisi bildirdi ki, Bakı şəhərinin 6 rayonu inzibati ərazisində yerləşən dəniz suyundan nümunələr götürülür: “Eyni zamanda respublikanın, cənub, şimal rayonlarında və Sumqayıt şəhərində tədqiqat aparılır. Biz fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji, sanitar göstəricilər üzrə dəniz suyunun laborator instrumental müayinəsini həyata keçiririk”.

Z. Kazımov məlumat verdi ki, aparılan müayinənin nəticələri yaxın 10 gün ərzində açıqlanacaq:”Ancaq 2010 ildən indiyə qədər Səbail rayonundakı Şıx və Qaradağ rayonundakı Sahil çimərliyi bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub. Buna görə də burada əhalinin çimməsi məqsədəuyğun deyildi. Digər çimərliklər isə normal standartlara cavab verirdi. Amma bu ilki nəticələr aparılan tədqiqatlardan sonra bəlli olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            968 26.05.18 14:26