Azanla bağlı XƏBƏRDARLIQ – onlar cəzalandırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |    

Azanla bağlı XƏBƏRDARLIQ – onlar cəzalandırılacaq

"Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var, bütün məscidlər bu fətvaya əməl etməlidir".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi olaraq təsdiq olunmuş təqvim var: "Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var. Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin".

Komitə sədri qeyd edib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: "Hərə öz bildiyini edərsə, xaos yaranar".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 068 24.05.18 14:52