Millət vəkili: Dərsliklər bərbad vəziyyətdədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |    

Millət vəkili: Dərsliklər bərbad vəziyyətdədir

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva məktəblərdə dərs yükünün ağır olmasından narazıdır.

Millət vəkili bu yöndə narazılığını Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında dilə gətirib.

Millət vəkili deyib ki, bu məsələ cəmiyyətdə də ciddi müzakirə olunmaqda və narazılıqlar yaratmaqdadır:

“Ona görə hesab edirəm ki, orta məktəblərdəki dərs yükü sadələşdirilməlidir. Dərsliklərin vəziyyəti olduqca bərbaddır. Bir dəfə demişəm, indi də deyirəm ki, dərsliklər daha çox orta məktəb müəllimlərinin özləri tərəfindən yazılmalıdır.

Bu, daha xeyirli və effektli olar. Bununla yanaşı, rus məktəblərindəki ədəbiyyat fənni üzrə dərsliklər çox bərbad vəziyyətdədir. Başa düşmək olmur ki, oradakı şeirlər, hekayələr haradan götürülüb, kimlər tərəfindən yazılıb?! Nə başı var, nə ayağı. Uşaqlar çox əziyyət çəkirlər. Bunlar təcili aradan qaldırılmalıdır”.

Millət vəkili Pərvin Kərimzadə isə təklif olunan dəyişiklikləri müsbət saydığını və dəstəklədiyini bildirib:

“Hesab edirəm ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Bu, heç də test üsulunun aradan qaldırılması demək deyil. Bu, mütərəqqi üsuldur. Düşünürəm ki, qəbul sadələşdirilməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            831 24.05.18 14:33