Türkiyədə kişi düşmənini küçədə güllələdi: Dəhşətli kadrlar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Türkiyədə kişi düşmənini küçədə güllələdi: Dəhşətli kadrlar - VİDEO

Türkiyədə – İstanbulun Ümraniyə bölgəsində ötən ilin sentyabrında baş verən qorxunc cinayətin təqsirkarlarından biri yaxalanıb.

Median.Az
“Hürriyət”ə istinadən xəbər verir ki, ötən il sentyabrında Ümraniyə Tədris və Araşdırma Xəstəxanasının qarşısında Ramazan Sarı və arvadı Suzan Sarı amansızca güllələnib.

Cinayət Fəyyaz Elik tərəfindən törədilib. İstintaq müddətində onun cinayəti törədərkən tək olmadığı, dayısı Rəcəb Sunqunun onun yanında olduğu bəlli olub.

Yaxalanana R.Sunqun cinayətlə bağlılığını inkar edib. O bildirib ki, bacısı oğlu ilə onun hamilə arvadını xəstəxanada ziyarət etmək istəyib.

Xəstəxananın qarşısına çatanda qəflətən Fəyyaz Elik silahını çıxarıb və onlarda qabaqda gedən Sarı ailəsini güllələyib.

Polisin araşdırması nəticəsində cinayətin təfərrüatı meydana çıxıb. Məlum olub ki, 5 sentyabr 2017-ci ildə Ümraniyənin Çaxmaq məhəlləsində servis daşıması həyata keçirən iki firma arasında silahlı insident baş verib.

Qatilin – Fəyyaz Elikin qardaşı Cüneyt Elik bu hadisə nəticəsində həyatını itirib. O, qardaşının ölümündə Ramazan Sarını təqsirkar bilib və onu intiqam məqsədilə öldürmək qərarına gəlib.

Qeyd edək ki, Rəcəb Sunqun küçədə yaxalanıb. Ancaq Elikin axtarışları hələlik nəticə verməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 330 24.05.18 11:56