Tanınmış jurnalist azadlığa buraxıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |    

Tanınmış jurnalist azadlığa buraxıldı

"Azel.tv" saytının təsisçisi və redaktoru Əfqan Sadıqov sərbəst buraxılıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, o, mayın 22-də azadlığa çıxıb.

Qeyd edək ki, "Azel.tv" saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə təqsirləndirilsə də, ittihamı qəbul etmir.

O, 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə onun cəzası bir il azaldılıb.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin indiki başçısı Əziz Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb. Lakin Ə.Əzizov Cəlilabad Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 015 23.05.18 14:32