21 yaşında 2 dəfə ərdə olan gənc qadının dəhşətli etirafları - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |    

21 yaşında 2 dəfə ərdə olan gənc qadının dəhşətli etirafları - VİDEO

21 yaşlı Elnarənin Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında etirafları televiziya tamaşaçılarını dəhşətə gətirib.

Baku.ws-in məlumatına görə, gənc qız ikinci ərindən və onu həmin şəxsə məcburən ərə verən valideynlərindən imtina etmək istədiyini bildirib.

Elnarə ilk dəfə 18 yaşında valideynlərinin xeyir-duası olmadan Azər adlı şəxslə ailə qurduğunu etiraf edib. Maddi çətinliklər və ailədə yaşanan problemlər səbəbilə tez-tez valideynlərinin evinə gəlib. İki il ailə həyatından sonra - növbəti dəfə belə hal baş verdikdə valideynləri "Azərdən sənə ər olmaz" deyib onu məcburən başqa kişiyə ərə veriblər.

Valideynlərin Elnarə üçün seçdikləri ər özündən 16 yaş böyük, 3 dəfə həbsxana həyatı yaşamış qohumları olub.

İkinci həyatı da alınmayan bədbəxt qız, həmin şəxs tərəfindən mənəvi və fiziki təzyiqlərə, daha doğrusu təcavüzə məruz qaldığını fotolarla sübut edib: "Məni hər dəfə döyüb belə vəziyyətə salırdı və mən də hər dəfə onun əlindən ata evinə qaçırdım. Yaralarım sağaldıqdan valideynlərim məni yenidən onun evinə göndərirdilər. Məni ac-susuz mal tövləsinə basıb işlədirdi. Çox işgəncələr verirdi. Valideynlərim mənə sahib çıxmırlar. ".

21 yaşlı qadının hər iki evliliyi rəsmi nikahsız baş tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 218 18.05.18 15:53