Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti

Dövlət rüsumu konkret olmalıdır, burada yuvarlaq rəqəm seçilməlidir.

Bunu parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında millət vəkili Aydın Hüseynov deyib.

O, qeyd edib ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə 5 qəpikdən 5 manatadək sözünün yazılması bir o qədər düzgün deyil:

“Çünki bildiyiniz kimi, reallıq budur ki, 5 qəpik dövriyyədə olsa da, istifadə olunmur. Hamısı yığılıb qalır. Ona görə rüsumda da bu məsələ aydın olmalıdır. Ya bir, ya iki, ya üç və sair manatadək qeyd olunmalıdır. Əgər belə olarsa, bu ortada olan qarışlığı aradan qaldıra bilər”.

Millət vəkili İqbal Məmmədov da həmkarının fikrini-təklifini dəstəkləyib:

“Mən də hesab edirəm ki, burada dəqiqlik olmalıdır, 5 qəpik sözü çıxarılmalıdır. Konkret olaraq da, məsələn, toyuğun üzərinə etiket yapışdırılmalı və tutaq ki, bir manat, qoyun cəmdəyinin üzərinə 3 manat, mal cəmdəyinin üstünə 4 manat yazılmalıdır. Təbii ki, bu onların satış qiyməti deyil, amma bununla belə, burada qarışıqlıq olmasın deyə belə yazılmalı və 5 qəpik məsələsi aradan qaldırılmalıdır”.

Milli Məclisin (MM) Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə isə bildirib ki, bu məsələ əslində müvafiq icra hakimiyyəti orqanının, Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətinə aid ola məsələdir:

“Yəni, onlar özləri icra zamanı konkret olaraq rəqəm müəyyənləşdirəcəklər. Bu, qanunun predmeti deyil”.

Sözügedən komitənin sədr müavini Eldar Quliyev öz növbəsində dəyişiklik layihəsinin plenar iclasa tövsiyə olunmasını, bununla yanaşı, plenar iclasa qədər Prezident Administrasiyasının (PA) müvafiq şöbəsi ilə bir daha bu məsələnin dəqiqləşdirilməsini məqsədəuyğun sayıb./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            803 18.05.18 13:14