Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən bu biabırçılıqdan danışır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |    

Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən bu biabırçılıqdan danışır - VİDEO

Bakıda qəbirstandan oğurluq edilib. Naməlum şəxs və ya şəxslər bahalı materialdan olan başdaşlarındakı heykəlləri oğurlayıblar. Hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbristanında baş verib.

Bir gecədə iki qəbiristan qarət edilib.

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbiristanında baş verib. Bir nəfər ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, Yasamal məzarlığında qohumu Cəfər Quliyevin qara mərmərdən hazırlanan heykəlini kəsib aparıblar. Həmin məzarı təmizləyən qadının sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

Məlum olub ki, bu, qəbiristanda ilk hadisə olmayıb. Orda digər məzarlara da hörmətsizlik edilib.

Qeyd edək ki, cinayətkarlar Nadir Əliyevin və İsgəndər Cəfərovun mərmərdən olan heykəllərini kəsib oğurlayıblar. Ərazidə başdaşı düzəltməklə məşğul olan usta deyir ki, həmin materaiallar bahalıdır. Ərazidə çəkiliş apardığımız zaman müəyyən etdik ki, qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər. Qəbiristanda təmizlik işləri ilə məşğul olan qadınların sözlərinə görə, son vaxtlar məzarlıqlar hədəfə götürülüb, mis və bürüncdən olan nə varsa sökərək oğurlayırlar.

Belə hadisələrin baş verməsini məzarlığın işçiləri ilə yanaşı, şəhər sakinləri də pisləyirlər.

Baş verən hadisə qəbiristanın təhlükəsizliyini də gündəmə gətirir. Qəbiristanın nəzarətçisini tapa bilməsək də, təmizlik işçiləri bildirdilər ki, onların iş vaxtı səhər saat 8-dən axşam saat 6-ya qədərdir. Onlar bu müddət ərzində qəbiristanda gəzib nəzarət edirlər. Ehtimal edilir ki, bu çirkin əməllər gecə saatlarında törədilir. Hər halda fakt polis tərəfindən araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 222 18.05.18 11:33