“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü - HEYDƏR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ VURULMUŞDU » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü - HEYDƏR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ VURULMUŞDU

Bakıdakı "Hyatt Regency Naxçıvan” otelinin üzərindən "Naxçıvan” lövhəsi götürülüb. Bunu redaksiyamıza oxuculardan biri çatdırıb, lövhənin götürüldüyünü əks etdirən fotonu təqdim edib. Həmin otelinin adının "Hyatt Regency Naxçıvan” olmasının və lövhənin öz tarixçəsi var. Virtualaz.org xatırladır ki, bu otel sovet dövründə mövcud olmuş "Naxçıvan” mehmanxanasının yerində ötən əsrin 90-cı illərinin ortalarında inşa edilib. 



"Naxçıvan” mehmanxanasını özəlləşdirən və onun yerində Azərbaycanın ilk beşulduzlu otelini inşa edən İran əsilli britaniyalı iş adamı Paolo Pərviz idi. Və Paolo Pərviz keçmiş "Naxçıvan” mehmanxanasının yerində inşa etdiyi otelə dünyanın ən məşhur otel brendlərindən birinin adını (françayzinq müqaviləsi əsasında) vermişdi. Otelin açılışına o vaxtkı dövlət başçısı Heydər Əliyev qatıldı və açılış mərasimində otelin adında "Naxçıvan” sözünün olmamasına görə mədəniyyət naziri Polad Bülbüloğluna irad tutdu. 



Prezidentə izah edildi ki, "Hyatt Regency” brendi ilə bağlanmış müqaviləyə əsasən otelin adı "Hyatt Regency Baku” olmalıdır. Lakin Heydər Əliyev "Naxçıvan” sözünün də hansısa formada otelin adında əks edilməli olduğunu bildirdi. Nəticədə Paolo Pərviz otelin adını "Hyatt Regency Nakhchivan” olaraq dəyişdirdi.

İndi isə "Naxçıvan” sözü otelin üzərindən qoparılıb. Bunun otelin adının rəsmən dəyişdirilməsi ilə bağlı olduğu təxmin edilir. Oteldən lövhənin qoparılması ilə bağlı şərh almaq cəhdlərimiz nəticə vermədi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 871 17.05.18 18:51