Bakıda qaynanasını öldürən şəxsdən ŞOK SÖZLƏR: “Cinsi əlaqədə olmaq istəyirdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Bakıda qaynanasını öldürən şəxsdən ŞOK SÖZLƏR: “Cinsi əlaqədə olmaq istəyirdi”

Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə davam edir.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi hakim Eldar İsmayılovun icraatına araşdırılır.

İstintaqla müəyyən edilib ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə heç bir səbəb olmadan evdə mübahisə yaratmağa başlayıb. Tüfeyli həyatı sürən Cavad İbrahimovun bu səbəbdən qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb. Belə ki, təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qaynanasını dəfələrlə döyüb. Bir neçə dəfə Nigar Niftəliyeva huşunu itirib. Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb. Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanın öldüyü məlum olub.

Təqsirləndirilən şəxs qismində istintaqda dindirilən Cavad İbrahimov ittiham üzr özünü qismən təqsirli bilib. O ifadəsində bildirib ki, qaynanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb: "Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurmuşam. Həmin nikahdan 3 azyaşlı övladım var. 2005-ci ildən Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində çalışıb fəhləlik etmişəm. Bir müddət sonra bütün ailəmiz Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamışıq. Ailəsi ilə qalan zaman rayondan qaynanam Nigar da bizlə yaşamağa başladı. Qaynanam sakit, heç kimlə problemi olmayan adam idi. Mənim müəyyən xəstəliklərdən əziyyət çəkirdim. Yoldaşım Arzu da qonşuluqda olan smetan sexində işləyirdi. Yoldaşım işlədiyindən ev işlərini qaynanam edirdi. Evimizdə qaz olmadığından qaynanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb evi qızdırırdı. O evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə başı gicəllənib yıxılıb, özünə xəsarət yetirmişdi. Ona görə, bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim”.

Cavad İbrahimov bildirib ki, qaynanası ona əxlaqsız təklif edib: "15-20 gün sonra Nigar əxlaqsız qadın olduğunu və mənimlə cinsi münasibətdə olmaq istədiyini, seksual hərəkətlər etməyi təklif etdi. Buna kəskin etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən 3-4 gün sonra yenidən qaynanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Lakin huşu özündəydi, divana uzatdım. Paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm ki, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dilə qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm. Telefonum yox idi. Uşaqları evə qoyub qaçıb təcili yardım çağırmışam. 20 dəqiqə sonra təcili yardım evə gəldi. Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək kimi bir niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”.

Mərhumun qardaşı, hüquqi varis qismində M.Osmanov ifadə verib. O deyib ki, C.İbrahimov daha əvvəl də bacısını döyüb. "Bacımı döydüyü üçün biz bundan bir neçə dəfə şikayət etdik. O zaman Ağdaşda yaşayırdıq. Bacım və qızı xahiş elədilər ki, şikayət etməyək. Mən də şikayət etmədim. Sonuncu dəfə də rayonda oğurluq elədi. Bakıya qaçdı. Sonra bacım və qızı da Bakıya gəldi. Bir müddət sonra ölüm xəbərini eşitdik".

M.Osmanov qeyd edib ki, bacısının ölüm xəbərini eşidəndə Bakıya gəlməyə maddi imkan olmayıb: "Hadisəni eşidəndə 20 manatım var idi. Bakıya gələ bilmirdim. Gedib bunun atasına və qardaşına dedim ki, oğlunuz belə bir hadisə törədib. Kömək edin ki, gedim meyiti gətirim. Amma yiyə durmadılar. Sonra qohumlarımız meyiti Bakıdan kəndə göndərdilər".

M.Osmanov C.İbrahimovun dediklərinin doğru olmadığını deyib: "Bacım təmiz və namuslu qadın olub. O, bizim böyüyümüz idi, 60 yaşı vardı, bizə ana əvəzi idi. Cavadın dediklərinin hamısı yalandır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 573 17.05.18 17:31