Azərbaycanda maraqlı toy: Nənə və babaya 65 ildən sonra "Vağzalı" çalındı VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Azərbaycanda maraqlı toy: Nənə və babaya 65 ildən sonra "Vağzalı" çalındı VİDEO

Göyçayda 65 il əvvəl ailə quran nənə və babanın toyu olub. 8 övladı, 20 nəvəsi, 10 nəticəsi olan bu cütlüyün qohumları mərasimə yığışıb. Onların evliliyinin 65 illiyində rayon icra hakimiyyətinin və qeydiyyat şöbəsinin əməkdaşları da iştirak ediblər.

Göyçay rayonunda 65 il əvvəl ailə quran nənə və baba üçün Beynəlxalq Ailə Günü münasibətilə toy mərasimi təşkil edilib. Yenikənd kəndində yaşayan Vəli Məmmədovla Tovuz Məmmədova 1953-cü ildə ailə qursalar da, onlar üçün toy musiqisi indi çalınıb.

1953-cü ildəVəlli Məmmədovla ailə quran Tovuz Məmmədovanın övladları, nəvələri, qohumları, Göyçay rayon icra hakimiyyətinin və qeydiyyqt şöbəsinin nümayəndələri yaşlı və nümunəvi ailə başçılarınıtəbrik üçün onların yaşdıqları evə yığışıblar.

İxtisasca müəllim olan Vəli baba deyir ki, ailəni uzun ömürlü etmək üçün ilk olaraq tərəflər bir-birini başa düşməlidir.

Tovuz nənə deyir ki, hazırdagənc ailələrdə uşaqların sayı az olur.Amma 50 il əvvələ baxsaq hər ailədə azı 4-5 övlad böyütmək mümkün idi.

Artıq 65 ildir ki, bir yerdə xoşbəxt ömür sürən Vəli baba və Tovuz nənə rayonda bir çox ailələrə nümunə göstərilir. Məmmədovlar ailəsinin 8 övladı, 20 nəvəsi və 10 nəticəsi var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 796 17.05.18 16:39