Miqrasiya Xidmətinin rəisi kadr islahatlarından danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Miqrasiya Xidmətinin rəisi kadr islahatlarından danışdı

Dövlət Miqrasiya Xidmətində dövlət başçımız müəyyən yeni vəzifələr və tapşırıqlar verib.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, həmin tapşırıqlara islahatlar da daxildir:

“Biz ilk gündən bu tapşırıqların icrası istiqamətində fəaliyyətə başlamış, mövcud vəziyyəti təhlil etmiş, vətəndaşların müraciət və şikayətlərini araşdırmışıq. Bununla əlaqədar artıq ilk addımlara başlamışıq.

Dövlət Miqrasiya Xidməti çalışacaq ki, bütün qeyd edilən iradlar aradan qaldırılsın. Həmçinin kadr islahatları da bu prosesin bir hissəsidir. Cənab prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadir olan kadrlarla önəm verəcəyik.

Amma bu islahatlar müəyyən şəxslərin işdən kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız bundan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq və bu bacarıqlardan maksimum istifadəni təmin edək. Bununla bağlı da bəzi yerlərdə yerdəyişmələr həyata keçiririk. Bütün tapşırıqlar diqqətdədir. Miqrasiya xidməti tam gücü ilə fəaliyyət göstərir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            985 17.05.18 12:58