İstirahətə gedən 5 azərbaycanlı qız fahişəliyə məcbur edildi – ŞOK ƏMƏLLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |    

İstirahətə gedən 5 azərbaycanlı qız fahişəliyə məcbur edildi – ŞOK ƏMƏLLƏR

İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə hökmündə qeyd olunub ki, Aynur Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə gedən Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (cinayət işində adı keçən zərərçəkimişlərin ad və soyadları şərti verilib – red.) İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürüb, onları fahişəliyə cəlb edib.

İstintaq orqanı tərəfindən Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Məmmədova qeyd edib ki, yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamayıb, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində qabyuyan işləyib.

Onun sözlərinə görə, bir müddət həmin istirahət mərkəzində özü də fahişəliklə məşğul olub: "Nərminə Qasımovanı "Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi”. Aynur Məmmədova deyib ki, Adilənin bacısını da əxlaqsızlığa məcbur etməyib: "Onlar hamısı bir müddət fahişəliklə məşğul olur, sonra gedirdilər”.

Təqsirləndirilən şəxs əlavə edib ki, İğdırda hamı onu "Səma” deyə müraciət edib. Hökmə əsasən, Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.(Publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 573 16.05.18 17:30