Vergi ödəyənlər üçün 400 min manatlıq artım – nə yeniliklər edilə bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Vergi ödəyənlər üçün 400 min manatlıq artım – nə yeniliklər edilə bilər?

"Vergilər Nazirliyi “Vergi Məcəlləsinə” yeni dəyişikliklər hazırlayır. Son illər vergi dərəcələrinin optimallaşdırılması və daha dəqiqi aşağı salınması dəfələrlə gündəmə gətirilsə də təəssüf ki, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib. Aydındır ki, vergi yükünün azaldılması və eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir".

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var.

Vergi sistemində nələrin edilməsinə ehtiyac var?

"Əvvəlla, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var. 2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir. İkincisi, vəsaitin nağdılaşdırılması zaman tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var. Bu “qəribə vergi” xalis mənfəətdən ayırmadir ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir. Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir".

V.Bayramov deyir ki, əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var: "Mövcud qanunvericiliyə əsasən, elm ilə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir. Halbuki, sektorlardan asılı olaraq vergi dərəcələrinin fərqləndirilməsinə ehtiyac var. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır. Dördüncüsü, mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də, fiziki şəxslərin gəlir vergisinin də azaldılması vacibdir. Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflərimizi hökumətə təqdim etdiyimiz üçün bütün qeydlərimizə bir statusda toxunmaq mümkün olmasa da xüsusilə qeyd etmək lazımdır ki, vergiyığmada şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafının sürətləndirilməsi üçün vergi yükünün azaldılması qaçılmazdır"./bakuwsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 318 16.05.18 16:29