İşdən çıxarılan general danışdı: “Kim deyir ki,..” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |    

İşdən çıxarılan general danışdı: “Kim deyir ki,..”

Firudin Nəbiyev: "Mənimlə bağlı heç bir problem yoxdur”

Bəzi mətbu orqanlarda işdən çıxarılan keçmiş nazirlərin, komitə və xidmət rəislərinin istintaqa cəlb ediləcəyi, sabiq məmurlar üçün həbs təhlükəsinin yarandığı ilə bağlı informasiyalar dərc edilir.

Bu sırada Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-mayor Firudin Nəbiyevin də adı çəkilir.

Azxeber.com yayılan məlumatlara aydınlıq gətirmək üçün sabiq xidmət rəisinin özünə müraciət edib.

Portalımıza danışan Firudin Nəbiyev bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: "Kim deyir ki, məni həbs ediblər?! Bu xəbərləri yayanlar kimlərdisə, gedin onlardan soruşun bu informasiyanı hardan alıblar? Çox təəssüf ki, bəzi mətbuat orqanlarında bu cür əsassız, heç bir həqiqət yükü olmayan informasiyalar vaxtaşırı olaraq dərc edilir".

Hazırda istirahət etdiyini deyən sabiq xidmət rəhbəri söylədi ki, bu kimi dezinformasiyalara önəm vermək lazım deyil: "Hər şey qaydasındadır. Evimdəyəm, zamanımın çoxunu istirahətə ayırıram. Heç bir problem yoxdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 599 15.05.18 13:21