“İşdəydim deyə “Qaçqınkom” mənə ev vermədi” – Məcburi köçkün (VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“İşdəydim deyə “Qaçqınkom” mənə ev vermədi” – Məcburi köçkün (VIDEO)

““Qaçqınkom” nümayəndələri köçürülmə ilə bağlı düşərgəyə gələn zaman mən işdə olmuşam. Gecikdiyim üçün də adımı siyahıya salmadılar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Sumqayıt şəhəri Sarıqaya qəsəbəsindəki “Şəfəq” düşərgəsinin sakini, Laçından məcburi köçkün Əvəz Novruzov redaksiyamıza şikayətində deyib. Onun iddiasına görə, 1992-ci ildən sözügedən düşərgədə yaşasa da, köçürülmə zamanı ailəsinə ev verilməyib:

“2017-ci ildə oradan köçürülmə ilə əlaqədar “Qaçqınkom” nümayəndələri yaşadığımız ünvana gəlib. Mən də işdə olduğum üçün bir az gec getmişəm evə. Nümayəndə heyətinə orada yaşadığımla bağlı nə qədər sənəd göstərsəm də, məni siyahıya salmadılar. Bir az inadlaşdıqdan sonra orada yaşayan qardaşım və anamı da siyahıdan silməklə hədələdirlər. Ona görə də ehtiyat etdim və arxaya çəkildim.

Anama mənzil verildikdən sonra mən də yoldaşımla onlarda yaşamağa başladım. Çünki qalmağa başqa yerim yoxdur. Sonradan gördüm ki, heç illər boyu bizimlə birgə yaşamayan sakinlərə binadan ev verilib. Elələri var, üzünü birinci dəfədir görürdüm. Necə olur ki, 25 ildir, orada qeydiyyatdayam, yaşayıram, mənə ev verilmir?! Ancaq orada yaşamayan sakinlər yalandan siyahıya yazılaraq mənzil sahibi olub?!”

Şikayətçi dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyini də bildirib:

“Müraciətlərimə cavab olaraq bildirildi ki, guya, mən orada yaşamamışam. Üstəgəl, sənəddə mənə məlum olmayan bir ünvanı göstərib orada yaşadığımı iddia etdilər. Yenidən sənədlərimi göstərdim. Ondan sonra dedilər ki, yəqin texniki səhv olub. Bir sözlə, bəhanələr gətirdilər. 3-4 dəfə Əli Əhmədovun qəbuluna getmişəm, ancaq görüşə bilməmişəm. Sonradan cavab gəldi ki, sənədlərim Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilib, orada baxılacaq. Ancaq İcrada deyildi ki, sənədlər göndərilsə də, onlarla əlaqəsi yoxdur. Odur ki, yenidən “Qaçqınkom”a müraciət etməliyəm.

Mən də yenidən müraciət etdim, ancaq müraciətimə hələ də baxan yoxdur. Sonuncu dəfə bir neçə gün öncə Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin sədri Sənan Hüseynovun qəbulunda oldum. O da həmin vaxtı nümayəndə heyətinin tərkibində olmadığı üçün kömək edə bilməyəcəyini söylədi.

Mən orada yaşamırdımsa, prezident seçkiləri günü adıma bildiriş necə həmin ünvana göndərilib? Yaşamırdımsa, “Qaçqınkom”un orada yaşamağımla bağlı 2009 və 2017-ci illərdə verdiyi arayışlar saxtadır?!”

“Qafqazinfo” şikayətlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyevlə əlaqə saxlayıb. Komitədən bildirilib ki, müraciətlə bağlı artıq araşdırmalara başlanılıb. Yaxın günlərdə araşdırmanın nəticəsi ilə bağlı həm şikayətçinin özünə, həm də mətbuata açıqlama veriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 625 14.05.18 17:54