Ərdoğan məğlubiyyətdən danışdı: "Əgər qalib gəlməsək..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ərdoğan məğlubiyyətdən danışdı: "Əgər qalib gəlməsək..."

Türkiyə prezidenti: "Əgər qalib gəlməsək, onda qalib gələnlər sevincdən rəqs edəcəklər"

Böyük Britaniyada səfər olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-nin "Hard Talk" verilişinə geniş müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti ölkəsi və dünyada baş verənlər münasibət bildirib.

Ərdoğan iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilər ilə bağlı qeyd edib ki, Türkiyə bir hüquq dövlətidir və bu hüquq dövlətinin içərisində hər şey işləyir: "Seçkiləri 17 ay önə çəkməklə ana müxalifətin bizə meydan oxumasına "buyurun" dedik, onları meydana çağırdıq, gördüyümüz iş budur. Türkiyə konstitusiya dəyişikliyinə müxalifətlə birgə getdi və birlikdə bu demokratik qərarı verdik. İndi də 24 iyun növbədənkənar seçkilərə gedirik".

"Türkiyədəki seçkiləri ATƏT də izləyir, digər ölkələrə, beynəlxalq təşkilatlara da dəvətlər göndəririk və həmin müşahidəçilərin gözü önündə səsvermə keçirilir. Bu səslər verildiyi zaman kimin qazandığı bilinəcək. Biz yenidən qalib olarsaq, buna hörmət ediləcək. Qalib gəlməsək, kim qalib gələrsə, ona hörmət edərik. Bu qədər sadə".

AKP və özünün seçkilərdə qalib gəlməmək ehtimalı ilə bağlı suala Ərdoğan belə reaksiya verib: "Bu sualı niyə verdiniz? Əgər qalib gəlməsək, onda qalib gələnlər sevincdən rəqs edəcəklər. Rahat olun. Qərb də, siz də rahat olun. BBC lap rahat olsun".


"Təbii ki, qalib gəlmək üçün səy göstərəcəyik. Çünki bizim hədəfimiz Türkiyəni müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxarmaq və bunun üçün də Türkiyə iqtisadiyyatını dünyanın ən güclü 10 ölkəsi siyahısına çatdırmaqdır", — deyə Ərdoğan vurğulayıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 721 14.05.18 16:35