Xəbər verdiyimiz kimi, bu gün İTV rəhbərliyinə yeni təyinat olub. Belə ki, Cəmil Quliyev vəzifəsindən azad edilərək, yerinə Balakişi Qasımov təyin olunub.
Balakişi Qasımov kimdir?
Median.Az xəbər verir ki, Balakişi Qasımov Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci il, Bakı şəhərində anadan olub. Təhsilini Bakı şəhər 1 saylı orta məktəbində alıb.Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə alıb.
"Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəri olan Balaş Qasımov 2004-cü ildən klub oyunlarının iştirakçısıdır.
2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. Onun komandası bu növdə mütləq dünya çempionu olub. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdur. Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.
Balakişi Qasımov beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilmişdir.
2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülmüşdür./azxeber.com