53 əcnəbi inzibati məsuliyyətə cəlb edildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

53 əcnəbi inzibati məsuliyyətə cəlb edildi - VİDEO

Mayın ilk on günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan, altı Hindistan, iki Türkiyə, iki Gürcüstan və bir nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə, 53 əcnəbi sax­­­lanılıb.

DMX-dən verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

19 nəfər Öz­­bəkistan vətəndaşının və bir nəfər Qır­ğı­zıs­tan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyənləşib.

Bundan əlavə, ölkədə qanunsuz ya­şa­yan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azər­bay­can Respublikası əra­zisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ün­van­larda yerləşdiril­mə­­sini həyata ke­çir­ib­, onlara Azərbaycanda müvəqqəti ya­şa­ma icazəsi alacağına vəd verməklə müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiya­ya şərait ya­radıb.

Həmin əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də, Azərbaycan Respublikası hüdudlarından kəna­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            954 11.05.18 13:47