Astara sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Astara sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib

Astara Gömrük İdarəsində Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında görüş keçirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 2018-ci ilin 12-14 mart tarixlərində keçirilmiş 12-ci iclasında Azərbaycan-İran dövlət sərhədində Culfa, Astara və Biləsuvar dövlət sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı qəbul edilmiş qərarın icrasını təmin etmək məqsədilə iki ölkə rəsmiləri arasında müzakirələr aparılıb.

Sonra Astara sərhəd buraxılış məntəqəsinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi ilə əlaqədar Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalanıb.

Sənədi Azərbaycan tərəfdən sərhəd nümayəndəsi polkovnik-leytenant Azad Abdullayev, İran tərəfdən sərhəd nümayəndəsi Nozər Muradi imzalayıblar.

Görüşdə Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri general-mayor Elçin İbrahimov, Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəisi gömrük xidməti general-mayoru Cavad Qasımov iştirak ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 501 11.05.18 13:19