Şəkidə 23 yaşlı qadın evdən qaçıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |    

Şəkidə 23 yaşlı qadın evdən qaçıb - VİDEO

Şəki rayonunun Baş Zəyzid kənd sakini Aygün Mustafayeva gecə saatlarında evdən qaçıb.

Median.Az
Xezerxeber.az-a istinadən məlumat verir ki, kənd sakini 29 yaşlı Pərviz Abdullayev alti il əvvəl 23 yaşlı Aygün Mustafayeva ilə ailə həyatı qurub.

Onlar bu müddət ərzində Baş Zəyzid kəndində yaşayıblar. Aprelin 26-da qadın həyat yoldaşı ilə birlikdə ərinin əmisinin evinə qonaq gedib.

Gecə orada qalmalı olublar. Gecə saatlarında Aygün Mustafayeva əşyalarını götürüb, ailə üzvləri şübhələnməsin deyə, paltarın üstündən yataq paltarlarını geyinərək həyətə çıxıb.

Ev sahibi Ələddin Abdullayev deyir ki, həyətdən səs gəlib, qadının əri Pərvizi oyadıb. Məlum olub ki, Aygün Mustafayeva üstdən geyindiyi paltarları çıxarıb, həyətin aşağı hissəsinə atıb və çəpərdən keçərək naməlum istiqamətdə gedib.

Qadının qayınatası İsa Abdullayev bildirib ki, onların rəsmi nikahı olmayıb. Onun hansı istiqamətə getdiyi məlum deyil. O bildirib ki, Aygünün valideynləri boşanıb.

Hadisə ilə bağlı Şəki rayon polis şöbəsinə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 020 11.05.18 11:56