Baş nazirinin müavini toyda bəyə ev hədiyyə etdi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Baş nazirinin müavini toyda bəyə ev hədiyyə etdi (VİDEO)

Yeni Azərbaycan Partiyası internat məktəbində böyüyən Fikrət və Aytac adlı cütlüyə toy təşkil edib.

Median.Az
-in musavat.com-a istinadla verdiyi məlumata görə, yeni qurulan ailəyə bir otaqlı mənzil də hədiyyə edildi. Mənzilin açarlarını Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov toyda şəxsən təqdim etdi.

Amma ondan əvvəl gəncləri təbrik edib, möhkəm ailə arzuladı:

"Hər şeydən əvvəl sizə möhkəm ailə arzulayıram. Bundan sonrakı həyatınız həmişə sizə sevinc bəxş etsin! Güman edirəm, bu qədər insanların xeyir-duası ilə qurulan ailə möhkəm olacaq və xoşbəxt yaşayacaqsınız. Xüsusi ilə onu qeyd etmək istəyirəm, bizim ölkədə heç kim tək, köməksiz deyil. Bu toyun mənası da ondan ibarətdir ki, iki gənc birləşib ailə qurur, bundan sonrakı ömürlərini birləşdirirlər. İkinci mənası da ondan ibarətdir ki, cəmiyyətimiz bir daha öz birliyini, kömək göstərmək imkanını, istəyini göstərir. Bu da cəmiyyətimizi birləşdirən, onu güclü edən amillərdən biridir. Bu birinci hal deyil. Sonuncu da olmayacaq. Arzu edirik, bütün gənclərimiz evlənə bilsinlər, ailə qursunlar, ev-eşik sahibi olsunlar. Bir halda ki, toy olur, ailə qurulur, orada gərək ev də olsun. Və mən istəyirəm, bu gün sizin də iştirakınız ilə bu gənc ailənin evinin açarını onlara təqdim edib. Artıq onların öz evləri də var. Bir daha təbrik edirəm. Qoy bu ev sizin xoşbəxtlik ocağınız olsun. Xoşbəxt olun! Bundan sonrakı həyatınızda da imkanımız daxilində sizə kömək etməyə hazırıq. İnanırıq ki, cəmiyyətimizin gözəl ailələrindən biri olacaqsınız. Övladlarınız, uğurlu gələcəyyiniz olacaq. Biz də sizin uğurlarınıza, xoşbəxtliyinizə baxıb sevinəcəyik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 439 10.05.18 18:23