Şamaxı sakini pay torpaq sahəsinin zəbt olunduğunu iddia edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Şamaxı sakini pay torpaq sahəsinin zəbt olunduğunu iddia edib

“Bizim Yol”a müraciət edən Şamaxı rayon Qızmeydan kənd sakini Quliyeva Nargilə Ağababa qızı pay torpaq sahəsinin əlindən alındığından şikayətçidi.

“Mən sovxoz dövründə uzun müddət işləmişəm. 1999-ci ildə torpaq bölgüsünə uyğun olaraq bizim ailə üzvlərinə də qanuni akt əsasında pay torpaq sahəsi verildi. Həmin dövrdən etibarən verilən torpaq sahəsindən səmərəli istifade etmişəm. Arpa, buğda əkmişəm. 2003-cü ildə həyat yoldaşım rəhmətə getdikdən sonra kəndin bələdiyyə sədri İrşad Zərbəliyev və Şamaxı rayon Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq müdiri Mehman Əfəndiyev vəzifə səlahiyyətlərindən sui-istifade edib əlbir olaraq qanuni əsaslarla bizə məxsus olan pay torpaq səhəsinin 2.5 hektarını Qızmeydan kənd Bələdiyyəsi İnkişaf Fondunun balansına keçirdilər”,-deyə N.Quliyeva bildirib.

Onun sözlərinə görə, o, Şamaxı rayon İcra Hakimiyyətinə etdiyi müraciətlər nəticəsiz qalıb: “Hətta yerli icra hakimiyyətinin məsul şəxsin kabinetindən qovulmuşam. 10 ildən artıq mənim yeganə dolanışıq mənbəyim olan əkin sahəsini qeyri-qanuni zəbt ediblər. Məhkəməyə şikayət etdim. Şikayətimə baxılmadı, üstəlik mən məhkəmədə 2000 manat məbləğində cərimə olundum”.//bizimyol.info






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 991 10.05.18 14:04